Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Maskalı MTN-çilər toyda restorana basqın etdilər” – YENİLƏNİB
“Maskalı MTN-çilər toyda restorana basqın etdilər” – YENİLƏNİB
05 Aprel 2017 / 18:11 / Baxış sayı: 1622
Font1 Font2 Font3 Font4

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasislədən sonra davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə zərərçəkmiş İlham Qasımovun istintaq zamanı verdiyi ifadə elan edilib. A. Çovdarovun vəkilləri onun ifadələri arasında ziddiyyət olduğunu deyiblər və bununla bağlı ona suallar veriblər. Lakin o suallara “xatırlamıram” cavabını verib.

İ. Qasımov A. Çovdarovla arasında telefon danışığı olduğunu deyib. Vəkillər isə onlar arasında telefon danışığının olmadığını bildiriblər.

Proses aprelin 10-da davam edəcək.

***

14.27

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizmxeber.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, “Real MTK”nın həbsdə olan rəhbəri İlham Qasımov ifadə verərək istintaqa dediklərini təsdiqləyib.
O, bildirib ki, qohumunun toyunda MTN əməkdaşları olan maskalı şəxslər restorana basqın edərək onları aparıblar.
Suallara cavab verən İ.Qasımov sübut sayıla biləcək toy kasetinin MTN əməkdaşları tərəfindən məhv edildiyini deyib.
Məhkəmədə fasilə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə