Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mingəçevirdə 90-cı ildən tikintisi yarımçıq qalmış içi boş binalar – sahib çıxan yoxdur
Mingəçevirdə 90-cı ildən tikintisi yarımçıq qalmış içi boş binalar – sahib çıxan yoxdur
05 Aprel 2017 / 15:22 / Baxış sayı: 538
Font1 Font2 Font3 Font4

Mingəçevirdə 1990-cı illərdən tikilisi yarımçıq qalmış bir neçə bina var. “Yeniavaz.com” xəbər verir ki, bu binaların tikintisinə sovet dönəmindən başlanılıb. Müstəqilliyimizin ilk illərindən onların tikintisi yarımçıq qalıb. Şəhərdə belə 4-5 bina var.

Bəzi məlumatlara görə, o vaxt həmin evlərin bəzilərinin vətəndaşlara orderləri də paylanılıb. Tikintisi yarımçıq qalmış binaların bəzisində sakinlər məcburiyyət ucbatından yaşayırlar. Onlar özləri binaların üstünü örtərək orada yaşayırlar.

Sözügedən yarımçıq tikililərin bəziləri həm də tufeyli həyat sürənlərin, küçə uşaqlarının sığınacaq yerlərinə çevrilib. Tikilinin içi zibil yeşiklərini xatırladır. Ötən il həmin yarımçıq tikilidən bir uşaq yıxılaraq xəsarət alıb.

Məlumat da var ki, bu binaların bəziləri indi fəaliyyətini dayandırmış müəssisələrin balansında olub. Həmin müəssisələr bu binaları öz işçilərinin ailələri üçün tikirmiş. Binaların aqibəti ilə bağlı bir neçə aidiyyəti quruma üz tutduq. Təəssüflər olsun ki, heç bir qurum tikintisi yarımçıq qalmış bu binaların aqibəti ilə bağlı məlumat vermədi.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə