Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kabel televiziyalarına yeni QADAĞA
Kabel televiziyalarına yeni QADAĞA
05 Aprel 2017 / 15:18 / Baxış sayı: 414
Font1 Font2 Font3 Font4

“Xarici ölkələrlə bağlı reklamların yayımlanması yerli reklam bazarına birbaşa ziyan vurur. Buna görə də kabel şəbəkəsi ilə yayımlanan xarici kanalların reklamı məhdudlaşdırılır”.

arxiv.bizimxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu günki iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, 2002-ci ildə “Teleradio yayımı haqqında” qanun qəbul edildikdə kabel şəbəkəsi inkişaf etməmişdi. Ona görə də MTRŞ öz daxili imkanları hesabına bu sahəni tənzimləyirdi.

N.Məhərrəmli deyib ki, lakin artıq bu sahədə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi baş verib.

 O qeyd edib ki, bu gün Azərbaycanda kabel şəbəkəsi yayımı ilə məşğul olan 17, internet üzərindən yayımla məşğul olan 15 hüquqi və fiziki şəxs var:

“Bundan əlavə, kabel şəbəkəsi yayımı əvvəl Bakının bir hissəsini əhatə edirdisə, indi onun əhatə dairəsinə Sumqayıt, Mingəcevir şəhəri və s. daxil olub. Bundan başqa, əvvəllər kabel şəbəkəsi yayımı ilə yalnız 40-50 kanala baxılırdısa, indi bu kanalların sayı 100-ə çatıb. Teleradio yayımının yeni üsulu – internet üzərindən yayım yaranıb. Bu sahə o qədər sürətlə inkişaf edir ki, onun fəaliyyətinin tənzimlənməsinə ehtiyac var”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə