Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Metro terrorunda ölən azərbaycanlının meyiti Bakıya gətirldi
Metro terrorunda ölən azərbaycanlının meyiti Bakıya gətirldi
05 Aprel 2017 / 16:47 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4

Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlı Dilbarə Əliyevanın meyiti Bakıya gətirlib və qohumlarına təhvil verilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan “Report”a verilən məlumata görə, dünən meyitin tanınması və sənədləşdirmə işləri yekunlaşıb və D.Əliyevanın cəsədi bu gün yerli vaxtla saat 11:00-da təyyarə ilə Bakıya göndərilib.

Xatırladaq ki, 20 yaşlı D.Əliyeva aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub. O, imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum tarixi vətənində dəfn ediləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə