Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mafiyanın “Ferrari”si patrul maşını oldu
Mafiyanın “Ferrari”si patrul maşını oldu
05 Aprel 2017 / 17:44 / Baxış sayı: 400
Font1 Font2 Font3 Font4

Milan polisi mafiyadan müsadirə olunmuş “Ferrari- 458 Spider” idman avtomobilini xidməti maşın kimi istifadə edəcək. Sportkar 2015-ci ilin sentyabrında İtaliyada mafiya ilə mübarizə üçün aparılan xüsusi əməliyyatlardan birində müsadirə edilib.

Virtualaz.org xəbər verir ki, Milan polisinin rəsmi saytı əməliyyatdan sonra avtomobilin idarənin balansına köçürülərək patrul maşını kimi istifadə edilməsi ilə bağlı məlumat yayıb.

“Carrozzeria Marazzi di Caronno Pertusella” firması rodsterə polis avtomobili olduğunu bildirən yazı və sarışan işıq (“miqalka”) əlavəsi quraşdırmağı öz üzərinə götürüb. Milanın büdcəsindən avtomobil üçün çəkilən tək xərc 53,76 avrodur ki, bu da avtomobilin qeydiyyatı və nömrələrin verilməsi üçün istifadə olunub.

Müsadirə edilmiş “Ferrari- 458 Spider” cinayətkarlardanalınaraq polisə təhvil verilən 29-cu avtomobildir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə