Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Banklar dollar almaqdan imtina edir
Banklar dollar almaqdan imtina edir
05 Aprel 2017 / 17:51 / Baxış sayı: 506
Font1 Font2 Font3 Font4

Dollar sürətlə ucuzlaşdığından bir sıra bankların Dollar almaqdan imtina etdikləri bildirilir. Müştərilər, dollar satmaq istəsələr də banklar almaqdan imtina edirlər.Məsələn, indiyədək 3000 dollar limitlə Dollar alan Xalq Bank, günortadan sonra alışdan imtina edib.

“Marja”nın məlumatına görə, bankların dollar alışından imtina etmələri Dolların sürətlə ucuzlaşması və Manat qıtlığıdır. Dollar sürətlə düşdüyündən, banklar ziyan etməmələri üçün alış qiymətini satış qiymətindən xeyli aşağı təyin etməyə də çalışırlar. Həmçinin dollara ehtiyacı olan sahibkarlar da daha ucuz alış etmək gözləmə mövqeyindədirlər.

Ötən həftə 1.75 manata satılan 1 dollar bu gün 1.7050 manatadək düşüb.

Azərbaycanda ABŞ dollarının nağd orta məzənnəsinin yay aylarında 1,60 AZN/USD səviyyəsinə gədər geriləməsi gözlənilir.Buna səbəb kimi, Azərbaycanın maliyyə vəziyyətinin nisbi yaxşılaşması, büdcə xərclərinin cari şəraitə uyğunlaşdırılması, pul kütləsinin həcminin azaldılması, qiymətli kağızlar bazarının genişləndirilməsi amilləri göstərilir. Neftin qiymətindən asılı olaraq, dolların daha da ucuzlaşması və məzənnənin 1,55 AZN/USD səviyyəsinə düşməsi də mümkündür.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə