Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər Ağdamda yaşayış məntəqələrini gülləbaran etdi – FOTO
Ermənilər Ağdamda yaşayış məntəqələrini gülləbaran etdi – FOTO
05 Aprel 2017 / 18:03 / Baxış sayı: 458
Font1 Font2 Font3 Font4
Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmağa davam edir. 
arxiv.bizimxeber.az İstipress-ə istinadən xəbər verir ki, qarşı tərəf ötən gün cəbhənin Ağdam istiqamətində də atəşkəsi pozub. Gülləbaran nəticəsində rayonun Orta Qərvənd kəndində Habil Qədirova məxsus traktora ziyan dəyib. Traktor sahibi deyir ki, səhər saat 7:00 radələrindən başlayaraq təqribən 15 dəqiqə davam edən atışma səsi eşidib. İki saat sonra sahəyə işləməyə getmək istəyərkən traktorun ön şüşəsindəki güllə izini görüb.
“Baxdım ki, şüşəyə dəyib düşüb yerə. İndi bu dəqiqə səpin vaxtıdı. Amma kəndin yuxarı hissəsinə çıxmaq olmur. Ancaq aşağı tərəfdə. Təzəlikdə bir yoldaş var, yer əkirdi, ona da atdılar, yarımçıq qoydu. İki texnikam var, ehtiyat edirəm, indi ikisini də kənddə saxlamağa. Birini gətirib aşağı kəndə qoyuram indi” – deyə Habil Qədirov bildirir.
Traktorun üzərində digər güllə izlərini göstərən Habil Qədirov əvvəllər də sahədə işləyəndə bir neçə dəfə atəşə məruz qaldığını dedi.
 
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə