Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİM İctimai Şuraya ödəniş edəcəkmi?
DİM İctimai Şuraya ödəniş edəcəkmi?
05 Aprel 2017 / 23:51 / Baxış sayı: 376
Font1 Font2 Font3 Font4

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə formalaşdırılan İctimai Şuraya qeydiyyat yekunlaşır.

DİM-dən “Report”a verilən məlumata görə, Şuranın yaradılması haqqında ilk elan martın 17-də qurumun saytında verilib. İctimai Şuraya üzv olmaq istəyən nümayəndələrin qeydiyyatı yekunlaşmaq üzrədir. Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək və bu işə yaxın günlərdə start veriləcək.

Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələrinin nümayəndələri anket formasını buradan yükləyərək doldurub [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

İctimai Şuranın üzvləri DİM-in Direktorlar Şurası tərəfindən formalaşdırılacaq.

Xatırladaq ki, İctimai Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar və başqa ödənişlər verilmir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə