Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elastik “Samsung” lar bazara nə zaman çıxacaq?
Elastik “Samsung” lar bazara nə zaman çıxacaq?
05 Aprel 2017 / 22:09 / Baxış sayı: 188
Font1 Font2 Font3 Font4

Son iki ildə KİV-də Cənubi Koreyanın “Samsung” şirkətinin elastik smartfonlar istehsalı ilə bağlı planlarının olması barədə məlumatlar yayılmağa başlayıb. Belə ki, fevralda şirkətin bu ilin sonunda elastik “AMOLED” ekranlı qatlanan smartfon istehsal etmək niyyətində olması bildirilsə də, “Samsung” nümayəndələri növbəti dəfə elastik qurğuların buraxılışı barədə məlumatı təkzib ediblər.

Lakin bu dəfə “Samsung Display” şirkətinin aparıcı mühəndisi Kim The Un “Display TechSalon” seminarında çıxışı zamanı bildirib ki, şirkətin istehsalı olan elastik smartfonlar 2019-cu ildən tez bazara çıxarılmayacaq. Onun sözlərinə görə, çərçivəsiz ekrana malik qurğular yaxşı satılır və şirkətin ixtiyarında elastik displey texnologiyalarının tamamlanması üçün kifayət qədər vaxt var.

Sonradan “Samsung Display” nümayəndəsi “The Korea Herald” nəşrinə müsahibə verərək mütəxəssislərin elastik displey texnologiyalarının kommersiyalaşdırılmasından əvvəl çoxlu problemlər həll etməli olduqlarını vurğulayıb. O, həmçinin şirkətin əvvəlcə ekranları bir tərəfə əyilən qurğular təqdim edəcəyini əlavə edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə