Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

FBI, heç nəyi hack etməyən hackeri həbs etdi
FBI, heç nəyi hack etməyən hackeri həbs etdi
05 Aprel 2017 / 23:10 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4

FBI, məşhur casus tətbiqi NanoCore-un yaradıcısı Taylor Huddleston-u həbs edib.

Taylor, cinayətkarlara köməklik barəsində ittiham olunur. Sözügedən proqramçı heç vaxt öz ixtirasından istifadə etməyib. Əksinə o öz tətbiqini digər hackerlərə satıb. NəticədəNanoCore, 10 ölkədə reallaşdırılmış böyük kiberhücumların əsas xüsusiyyəti olub. Taylor öz tətbiqini HackForums platformasında satışa qoymuşdu. Bununla yanaşı o qeyd etmişdi ki, NanoCore, zərərli bir tətbiq deyil və pis niyyətlər üçün istifadə olunmamalıdır. Tətbiq isə Taylor tərəfindən çox sadə bir proses üçün hazırlanmışdı. Belə ki, sözügedən tətbiqdən böyük olmayan və bahalı tətbiqləri ala bilməyən şirkətlər, uzaq məsafədən müəyyən prosesləri idarə etmək məqsədilə yararlanmalı idilər. Məlumata əsasən Taylor, NanoCore tərəfindən edilmiş kiberhücumların qarşısını almağa çalışıb. Bunun üçün o öz digər tətbiqi Net Seal-dan istifadə edib. Bu tətbiq, hackerləri NanoCore-un istifadəsindən ləğv etmək üçün nəzərdə tutulmuşdu. Lakin dövlət orqanlarının verdikləri məlumatlara əsasən Net Seal, Taylorun digər hackerlərlə işbirliyi etdiyinin sübutu ola bilər. Hal-hazırda Taylor barəsində istintaq aparılır. Onu həbsən buraxıblar. Lakin ona, evini tərk etməyi və internetdən istifadəni qadağan ediblər. Qeyd etmək lazımdır ki, Taylor Huddleston, müxtəlif şirkətlərin sistemlərindəki boşluqları taparaq onları hack edib, daha sonra bu barədə şirkətlərin özlərinə həmin sistem boşluqları barədə xəbər verən hackerlər arasında çox yaxşı tanınır.\technote.az\

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə