Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müsəlman qadın diplomat təyin edildi-İsraildə ilk dəfə
Müsəlman qadın diplomat təyin edildi-İsraildə ilk dəfə
06 Aprel 2017 / 9:04 / Baxış sayı: 228
Font1 Font2 Font3 Font4

İsrailin Xarici İşlər Nazirliyi 31 yaşlı müsəlman qadın Raşa Atamnini yəhudi dövlətinin Türkiyədəki səfirliyində yüksək vəzifəyə təyin edib.

“Report” İsrail mətbuatına istinadən xəbər verir ki, bu, ölkənin tarixində ilk belə diplomatik hadisədir.

Raşa Atamni əslən İsrailin mərkəzindəki Baka-el-Qarbiya şəhərindəndir. O, nüfuzlu müsəlman ölkəsində İsrail səfirliyinin birinci katibi kimi fəaliyyət göstərəcək.

R. Atamni İsrail tarixində ilk İslam dinindən olan müsəlman diplomat kimi fəaliyyətə başlasa da, bu ölkənin tarixindəki birinci qadın diplomat deyil. Belə ki, Ali Məhkəmənin hakimi Səlim Cubranın qızı, ərəb əsilli xristian Raniyə Cubran 2006-cı ildən 2009-cu ilə qədər Xarici İşlər Nazirliyində işləyib.

İsrail mediası Türkiyəni bu ölkənin mühüm regional müttəfiqi adlandırıb. Hər iki ölkə münasibətlərdəki 6 illlik diplomatik “çat”ı aradan qaldıraraq 2016-cı ildə barışıq sazişi imzalayıblar.

Hazırda İsrailin özündə də bir neçə müsəlman və xristian diplomat var.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə