Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

8 nəfəri it dişləyib – Bakıda
8 nəfəri it dişləyib – Bakıda
06 Aprel 2017 / 9:14 / Baxış sayı: 226
Font1 Font2 Font3 Font4

Son iki gün ərzində Bakıda 8 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb.

“Bizimxeber”in Report-a istinadən xəbərinə görə, bu barədə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.
Məlumatda qeyd olunur ki, nəticədə 8 nəfər müxtəlif xəsarətlər alıb. İt dişləməsi ilə bağlı hadisələr paytaxtın Nərimanov, habelə Sabunçu rayonunda, Bakıətrafı qəsəbələrdə qeydə alınıb.
Qeyd edək ki, bu qəbildən olan hadisələrdən ən ağırı Nərimanov rayonu, Ziya Bünyadov küçəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Qurbanov Məmməd Yaşar oğlu işdən evə qayıdarkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda Y.Məmmədovun müalicəsi davam etdirilir.
Xəstəxanadan bildirilib ki, son 1 ay ərzində paytaxtda it dişləmələri ilə bağlı müraciətlərin sayı artıb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə