Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kolumbiyada sel fəlakəti: 301 ölü, 314 itkin – YENİLƏNİB
Kolumbiyada sel fəlakəti: 301 ölü, 314 itkin – YENİLƏNİB
06 Aprel 2017 / 10:19 / Baxış sayı: 144
Font1 Font2 Font3 Font4

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 301 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 293 nəfərin öldüyü, 332 nəfərin xəsarət aldığı, 314-ün itkin düşdüyü bildirilirdi.

İndiyədək təbii fəlakət zonasında 301 nəfərin meyiti tapılıb. Ölənlərdən 173 nəfərin kimliyi müəyyənləşdirilib.

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.

***

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 314 nəfər itkin düşmüş hesab edilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Xuan Manuel Santos bildirib.

Onun sözlərinə görə, təbii fəlakət 293 nəfərin həyatına son qoyub, 332 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 3 minədək insan müvəqqəti sığınacaqlarda yerləşdirilib.

EFE agentliyinin məlumatına görə, itkin düşənlər arasında 8 əcnəbi var. Onlardan 3-ün İspaniya vətəndaşı olduğu dəqiqləşib.

Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub. Sel suları onlarla yaşayış evini dağıdıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə