Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yol polisi “Ambulans”ı da cərimələyir – Azərbaycanda
Yol polisi “Ambulans”ı da cərimələyir – Azərbaycanda
06 Aprel 2017 / 10:28 / Baxış sayı: 992
Font1 Font2 Font3 Font4

Ağdaş Mərkəzi Xəstəxanasından ağır infarkt diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni daşıyan təcili tibbi yardım maşını 310 manat cərimələnib.

arxiv.bizimxeber.az azxeber.com-a istinadən xəbər verir ki, bu haqda adının açıqlanmasını istəməyən Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınını idarə edən sürücülərdən biri məlumat verib. Onun sözlərinə görə, son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdıqları zaman radarlara düşürlər və xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşlarından çıxılacağını bildirir:

“Artıq neçə aydır ki, Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdığımız zaman radara düşürük. Sonuncu dəfə martın 27-də Bakıya ağır infarkt diaqnozu ilə köçürülməli olan xəstəni daşıdığım zaman 310 manat radar cəriməsi kəsilib. Xəstəxana rəhbərliyi bu cərimələrin maaşlarımızdan kəsiləcəyini bildirir. O, “yavaş sürün, qoyun xəstə ölürsə ölsün” deyərək cərimələrin biz tərəfindən ödənilməli olduğunu bildirir. Bizimsə maaşımız 200 manatdır. Nə edəcəyimizi bilmirik”.

Müraciətdən göründüyü kimi DYP-nin təcili tibbi yardım maşınlarını bilərəkdən radara salmasının səbəbi bilinmir.

Məlumat üçün bildirək ki, dünyanın bir çox, Moskva, Nyu-York, Paris kimi böyük şəhərlərində fövqəladə hallar üçün yol bütün orta xətt boyu boş olur. Həyat zolağı adlanan bu yoldan bütün sürücülər məlumatlıdırlar və onlar xüsusi xidmət maşınlarının işinə orta yola girməməklə yardım etmiş olurlar. Azərbaycanda Yol hərəkəti haqqında qanunun 48-ci maddəsinin 1-ci bəndində deyilir: “Üzərində polis, yanğınsöndürən və təcili tibbi yardım nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən, üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarından istifadə etməlidirlər. Eyni qanun sürücülərin təcili tibbi yardım maşınlarına istənilən halda yol vermələrini tələb edir. Əks təqdirdə bu tələbi pozanları 20 manatdan 40 manatadək cərimə gözləyir”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə