Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sevinc Babayeva ilə bağlı iki sorğu
Sevinc Babayeva ilə bağlı iki sorğu
29 Aprel 2013 / 13:19 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov Sevinc Babayeva ilə bağlı iki xəstəxanaya sorğu verib.
Bu barədə APA-ya məlumat verən Ə.Talıbov bildirib ki, S.Babayevanın Azərbaycanda olarkən hansı xəstəliklərdən əziyyət çəkməsi ilə bağlı Mərkəzi Neftçilər və Gömrük xəstəxanalarına sorğu ilə müraciət edib: “Mətbuatda Sevinc Babayevanın ölümü ilə bağlı bəzi əsassız məlumatlar yayılır. Biz də bu məsələni aydınlaşdırmaq üçün xəstəxanalara sorğu ilə müraciət etdik”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı videomaterialda görüntüsü olan Sevinc Babayeva dekabrın 28-də Türkiyə Respublikasında dünyasını dəyişib. Hazırda onun ölümü ilə bağlı araşdırmalara davam etdirilir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə