Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aprel müharibəsindən sonra ermənilərin qoyub qaçdığı kənd – FOTO
Aprel müharibəsindən sonra ermənilərin qoyub qaçdığı kənd – FOTO
06 Aprel 2017 / 10:56 / Baxış sayı: 634
Font1 Font2 Font3 Font4

Ermənilər hələ də Talışa qayıtmaq istəmir

Aprel döyüşlərindən bir il keçməsinə baxmayaraq ermənilər qaçdıqları Talış kəndinə qayıtmaq istəmirlər. Erməni rəsmilərin dördgünlük savaşdan ən çox ziyan çəkən kəndin qaçan sakinlərinin hər vəchlə inandıraraq geri qaytarmaq səyləri nəticəsiz qalır.

Kənddə yeni tikililər tikilsə də onlar hələ də boşdur. İstiPress ermənilərin qayıtmaq istəmədiyi kəndin ən son fotolarını təqdim edir:

Talış kəndi

Talış kəndi

Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı kənd erməni işğalçılarından azad edilib. 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar.

Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib.

Bundan sonra yüzlərlə erməni ailəsi kəndi tərk edərək Ermənistana və Xankəndinə qaçıb.

2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəkliklər almaq məqsədilə təxribat törədiblər.Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq pilotsuz uçuş aparatı olan PUA-nı məhv ediblər.Talış kəndində qalan 10-15 ailə isə oranı tərk ediblər.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə