Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ailəmə faciə gətirən eks-məmur oğlunun azadlığa buraxılacağını gözləmirdim” – XALQ ARTİSTİ DANIŞDI
“Ailəmə faciə gətirən eks-məmur oğlunun azadlığa buraxılacağını gözləmirdim” – XALQ ARTİSTİ DANIŞDI
06 Aprel 2017 / 12:02 / Baxış sayı: 2410
Font1 Font2 Font3 Font4

Yola saldığımız Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı ilə həbsdən azadlığa çıxanlar arasında xalq artisti, tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olmuş Xalid Mübariz oğlu Mədətov da oldu.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş Xaliq Mədətov yüksək sürətlə idarə etdiyi “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpmış, nəticədə A.Abduallayevin həyat yoldaşı və nəvəsi hadisə yerində ölmüşdü. Ağır bədən xəsarətləri alan gəlini Səadət Abdullayeva isə xəstəxanaya yerləşdirilmiş, eyni zamanada uzun müddət psixoloji sarsıntı içərisində olmuşdu.

arxiv.bizimxeber.az xəbər verir ki, xalq artisti A. Abdullayev həyat yoldaşının və azyaşlı nəvəsinin qatili olan şəxsin azadlığa çıxmasını gözləmədiyini deyib: “Əfv sərəncamının imzalanması özlüyündə ölkə başçısının humanist addımından irəli gəlir. O şəxsin azad olunmasını televiziyadan eşitdim. Əslində, hadisə baş verəndə prezident bu məsələyə qarışmış, diqqətdə saxlamışdı. Amma indi əfv etdi, nə deyə bilərəm. Yəqin belə məsləhət olub”.

A.Abdullayev deyib ki, X. Mədətov əfv olunduqdan sonra onunla əlaqə yaratmayıb: “Nə özü, nə ailəsindən kimsə zəng vurmayıb. Heç yaxın gələn də olmayıb”.

Qeyd edək ki, 2014-cü il martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən onu xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər – xalq artistinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinə tövsiyyə olunub.

Qəzadan iki gün sonra Xaliqin atası Mübariz Mədətov prezidentin sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Xalid Mədətov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb..

2017-ci ilin martında isə X.Mədətov əfv sərəncamı ilə azadlığa çıxıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə