Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abşeronda ADNA faciəsi günü konsert
Abşeronda ADNA faciəsi günü konsert
29 Aprel 2013 / 13:43 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Sabah Abşeron rayonunda böyük bayram tədbirləri təşkil olunacaq. Rayonun 50 illiyinə həsr olunan bayram tədbirlərinə yüksək səviyyədə hazırlıqlar da gedir. Belə ki, arxiv.bizimxeber.az-ın tədbirin təşkilatçılarından əldə etdiyi özəl məlumata görə, rayonun 50 illiyi ilə bağlı bayram tədbiri icra hakimiyyətinin  rəhbərliyi tərəfindən təşkil olunur: “Abşeron rayonunun 50 illiyi ilə bağlı tədbirlər əslində çoxdan planlaşdırılırdı və sabahkı gündə möhtəşəm bir bayram tədbiri təşkil olunacaq. Çox yüksək səviyyədə hazırlıq işləri gedir. Sabah bütün Abşeronluların bayramıdır. İlk öncə Abşeron Mərkəzi Univermağının qarşısında parad olacaq. Sonra isə rayon Mədəniyyət Mərkəzində konsert proqramı təşkil olunacaq. Sonda isə ziyafət veriləcək.”-deyə bayram tədbiri təşkilatçılarından biri saytımıza bildirib.

Maraq üçün bildirək ki, hər il olduğu kimi sabah da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA)baş vermiş məlum faciəni Azərbaycan ictimaiyyəti hörmətlə yad edəcək. Abşeron Rayon İcra hakimiyyətinin təşkil etdiyi bu bayram konsertini isə bir gün sonra keçirmək də olardı!

Səidə

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə