Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Toyuna gəlməyənləri məhkəməyə verən azərbaycanlı Rusiyanın 1-ci kanalında (VİDEO)
Toyuna gəlməyənləri məhkəməyə verən azərbaycanlı Rusiyanın 1-ci kanalında (VİDEO)
06 Aprel 2017 / 12:35 / Baxış sayı: 1994
Font1 Font2 Font3 Font4
Rusiyanın Birinci telekanalında yayımlanan “Veçerniy Urqant” verlişinin aparıcısı İvan Urqant bu yaxınlarda Bakıda baş verən qəribə hadisəni geniş işıqlandırıb. 
BAKU.WSin məlumatına görə, “Nikaha daxil olan Azərbaycan sakini toyuna gəlməyən qonaqları məhkəməyə verib. Qeyd olunur ki, şikayətçi toya gəlməyən 15 nəfərin ümumilikdə 1500 AZN məbləğində cərimə olunması haqda iddia irəli sürüb”, – deyə Urqant verilişin “Novosti ot İvana” rubrikasında bildirib. O, verilişin sonunda “İndi də gəlin birlikdə nə üçün dəvət etdiyi qonaqların bu insanın toyuna gəlmədiyini araşdıraq” – deyə təbəssümlə bildirib.
Urqant: “Ona görə də dəvətnaməni daha düzgün tərtib etmək lazım idi. Belə yazmaq daha düzgün olarqdı: “Əziz Məhəmməd və Günel, sizi 13 martda bizim toyumuza ya da 15 martda Bakı rayon məhkəməsinə dəvət edirik.”
Qeyd edək ki, bir müddət əvvəl Bakı sakini özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət etmişdi.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə