Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Peterburqda növbəti HƏYƏCAN: binada partlayıcı qurğu tapıldı
Peterburqda növbəti HƏYƏCAN: binada partlayıcı qurğu tapıldı
06 Aprel 2017 / 12:54 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış evlərinin birində partlayıcı qurğu tapılıb. Nevskiy rayonunda tapılan partlayıcı qurğu zərərləşdirilib. Partlayıcı qurğunu zərərləşdirmək üçün yaxınlıqdakı yaşayış binasının sakinləri təxliyə edilib. Onlar uşaq bağçaların birinin idman zalına yerləşdirilib.

Şübhəli əşyanı mənzillərin birində Federal Təhlükəlilik Xidmətinin əməkdaşları aşkar edib. Binadan əlləri qandallanaraq üç nəfərin çıxarıldığı bildirilir. Nevskiy rayon administrasiyasının rəhbəri Konstantin Serovun sözlərinə görə, artıq sakinlər mənzillərinə qayıda bilər.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 55 nəfər xəstəxanalara yerləşdirilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə