Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xəzərdə naməlum kişi meyiti tapıldı – neftçi ola bilər
Xəzərdə naməlum kişi meyiti tapıldı – neftçi ola bilər
06 Aprel 2017 / 13:18 / Baxış sayı: 238
Font1 Font2 Font3 Font4

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” dövlət başçısının 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Axtarış – Xilasetmə qərargahı tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan arxiv.bizimxeber.az-a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.
Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə