Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qanuni oğru” öldürüldü, qardaşı güllələndi – Ermənistanda
“Qanuni oğru” öldürüldü, qardaşı güllələndi – Ermənistanda
06 Aprel 2017 / 13:38 / Baxış sayı: 352
Font1 Font2 Font3 Font4
Rusiyada “qanuni oğru”nun qardaşı güllələnərək öldürülüb.  
arxiv.bizimxeber.az cebhe.info-ya istinadən xəbər verir ki, hadisə aprelin 3-də Podmoskovyedə baş verib. Həmin gün güllələnərək öldürülən şəxs “qanuni oğru” Edvard Marqaryamın kiçik qardaşı olub.  Xoren Marqaryan adlı şəxs öldürüldükdən sonra maşının yük yerinə qoyulub. Onunla yanaşı dostu olduğu deyilən Mikael Lələyan da güllələnib.
“Mercedes” markalı maşının yük yerindən tapılan cəsədlərin kimə məxsus olduğu müəyyənləşdirilib. Hadisənin mübahisə zəminində baş verdiyi təxmin olunur.
Hadisəni törədən şəxslərin axtarışı davam edir.
Qeyd edək ki, Xoren Marqaryan qardaşından fərqli olaraq “oğru” olmayıb, ancaq “zəngin” kriminal keçmişi var. Hətta qətlə görə həbsdə də olub.  Qardaşının “oğru” statusuna şübhə edən şəxsi öldürən Xoren Marqaryan həbsdən çıxdıqdan sonra da kriminal fəaliyyətini davam edirib.
Onun “oğru” qardaşı Edvard Marqaryan kriminal aləmdə “Edo Oktemberyanski” kimi tanınıb. 2011-ci ildə öldürülüb.  Qardaşların atası oğlunun ölüm xəbərini aldıqdan dərhal sonra ürək tutmasından vəfat edib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə