Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda zəlzələ gözlənilirmi? – Açıqlama
Azərbaycanda zəlzələ gözlənilirmi? – Açıqlama
06 Aprel 2017 / 14:08 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4
Son günlər qonşu ölkələr – İran, Rusiya, Türkiyə və Qazaxıstanda zəlzələlər aktivləşib. Hətta qonşu ölkələrdəki zəlzələlər zamanı dağıntılar və xəsarət alanlar belə olub. Bütün bunlar ölkəmizdə də güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı ehtimallar yaradır.
 
Ümumiyyətlə, qonşu ölkələrdə davam edən zəlzələ dalğası Azərbaycana da gələ bilərmi?
Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli arxiv.bizimxeber.az-a açıqlamasında bildirib ki, yaxın günlər üçün respublikada böyük katastrofik zəlzələnin olma ehtimalı yoxdur: “Ümumiyyətlə, zəlzələ hər gün var. Amma hansı gücdə olmasına baxır. Bizdə olan zəlzələlərin hamısı zəif təkanlardır. Dünən Lənkəranda olan zəlzələ episentrdə 3 və ya 4 bala qədər yaşayış məntəqələrinin yaxınlığında hiss olunub. Bunlar elə də qorxulu deyil. Həmin zəlzələlər fon səviyyəsində olur.
İranda olan zəlzələ Əfqanıstan, Tacikistan, yaxud da Türkiyə və Qazaxıstanda olan zəlzələ Azərbaycana heç bir təsir edə bilməz”.
Qurban Yetirmişli vurğulayıb ki, ümumiyyətlə, respublika ərazisində güclü aktiv seysmik zona müşahidə olunmur: “Olan zəlzələlərdə fon səviyyəsində, yəni zəif təkanlarla enerji boşalması gedir”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə