Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əkiz bacıların törətdiyi qəza ilə bağlı – TAM TƏFƏRRÜAT
Əkiz bacıların törətdiyi qəza ilə bağlı – TAM TƏFƏRRÜAT
06 Aprel 2017 / 15:00 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4

Dünən Bakının mərkəzində tanınmış müğənni Sevil-Sevinc bacılarının avtomobillə yolu keçməyə çalışan piyadanı vurması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə saat 09:20-də “Gənclər” Meydanında  (Qoşa Qala qapısının yanı, Konstitusiya Məhkəməsinin qarşısı) baş verib. Sükan arxasında əkiz bacılardan 1990-cı ildə anadan olmuş Bakı şəhər sakini Səfərova Sevinc Azad qızı olub. O, idarə etdiyi  “Dodge Durango” markalı, 90 UA 555 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1930-cu ildə anadan olmuş, Yasamal rayon sakini Ağayev Söhrab Rüstəm oğlunu vurub.

 

Hadisə vaxtı Sevincin əkiz bacısı Sevil də yanında olub və onlar maşından düşərək yaralıya kömək etməyə çalışıblar. Əkiz bacılar təcili tibbi yardım maşınını müşayət ediblər və xəstəxanaya gəliblər.

 

Bu arada yol qəzası zamanı ağır xəsarət alan 87 yaşlı Söhrab Ağayevin komaya düşməsi məlum olub. 1 saylı şəhər xəstəxanasına huşsuz vəziyyətdə ağır kəllə-beyin travması ilə gətirilən kişi təcili müayinə olunub. Bəlli olub ki, onun beyninin sağ yarımkürəsi tamamilə əzilib və beyninə qan sızıb. Hazırda koma vəziyyətində olan yaralının həyatına təhlükə böyükdür. Sevil-Sevinc bacıları onu başqa və daha prestijli xəstəxanaya aparmaq istəsələr də, həkimlər buna icazə verməyib və S.Ağayevin hazırki şəraitdə yerindən tərpədilməsinin riskli olduğunu deyiblər.

 

Artıq 2 gündür ki, bacılar “Xəzər” TV-də “Hər şey daxil” verilişinə də çıxmırlar.

 

Faktla bağlı araşdırma aparılır. Sevinc Səfərova polisə hadisə ilə bağlı izahat verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə