Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi
İmtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi
06 Aprel 2017 / 15:21 / Baxış sayı: 1144
Font1 Font2 Font3 Font4
Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.
arxiv.bizimxeber.az Femida.az-a istinadən xəbər verir ki, Bakı sakini Əsgərova Fəridə Faiq qızı 8 il dalbadal tələbə adını qazanmaq üçün imtahan verib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanından tələb olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabilliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib. O məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.
Bakı Apellyasiya məhkəməsində hakim Hәmid Hәmidovun sədrliyi ilə keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb. Bundan sonra Fəridə Əsgərovanın atası və yaxınları hakimə etiraz ediblər. Bununla ürəyi soyumayan valideyn hakimə “Sizi Allaha tapşırıram, Allahın dәrgahında nә deyәcəksәn” deyib. Valideyn 95 min manat təzminatla övladını xaricdə oxutmaq niyyəti olduğunu da deyib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə