Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mətbuat Şurası DİN-ə müraciət etdi
Mətbuat Şurası DİN-ə müraciət etdi
29 Aprel 2013 / 13:54 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Azərbaycan Mətbuat Şurası «Azadlıq» qəzetinin əməkdaşları Seymur Həzi və Xaliq Qarayevlə bağlı insidentlə əlaqədar Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova müraciət ünvanlayıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, «Azadlıq» qəzetindən Şuraya daxil olan məlumatda nəşrin əməkdaşları Seymur Həzinin və Xaliq Qarayevin 2013-cü aprelin 27-də peşə vəzifələrini yerinə yetirərkən təzyiqə məruz qaldıqları əksini tapıb. Jurnalistlərin göstərilən tarixdə metronun «20 Yanvar» stansiyası yaxınlığında Nəqliyyat Nazirliyi müfəttişlərilə taksi sürücüləri arasında yaşanmış insidentlə bağlı material hazırladıqları önə çəkilib. Qeyd edilib ki, sözügedən nazirliyin müfəttişləri media nümayəndələrinə məxsus videokameraları yararsız hala salaraq özləri ilə aparıblar.

MŞ-nin DİN-ə ünvanladığı müraciətdə eyni zamanda bildirilib ki, hadisənin söz və mətbuat azadlıqlarına müdaxilə kontekstində müzakirə olunması ona həssas yanaşılmasını tələb edir. «Buna görə də Sizdən məsələnin xüsusi olaraq nəzarətə götürülməsinə kömək göstərməyi xahiş edirik. Əminik ki, şəxsi diqqətiniz sayəsində insident ətraflı araşdırılacaq, barəsində qanuna müvafiq ölçü götürüləcəkdir», – deyə müraciətdə vurğulanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə