Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İlahiyyat” məscidi məsələsinə aydınlıq gətirildi – VİDEO
“İlahiyyat” məscidi məsələsinə aydınlıq gətirildi – VİDEO
06 Aprel 2017 / 17:48 / Baxış sayı: 158
Font1 Font2 Font3 Font4

“Hazırda “İlahiyyat” məscidi ilə bağlı heç bir problem yoxdur və fəaliyyətini əvvəlki kimi davam etdirir”.

Bunu “Report”un Türkiyə müxbirinə açıqlamasında hazırda bu ölkədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu məscid uzun illər öncə tikilsə də, hüquqi statusu müəyyən edilməmişdi: “Orada dini ayinlər icra edilsə də hüquqi status almamışdı. Bu da müəyyən problemlər yaradırdı. Ona görə də biz məscidin hüquqi statusunu müəyyənləşdirdik. Qərara əsasən məscid Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) balansına verildi. Digər bir qərara görə Azərbaycanda fəaliyyət göstərən mədrəsələrin, Bakı İslam Universitetinin, həmçinin Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbələri orada praktik tədbirlərdə iştirak edəcəklər. Yəni məscid, həm də tədris məkəzi kimi fəaliyyət göstərəcək”.

Dövlət Komitəsinin sədri bildirib ki, “İlahiyyat” məscidinin həm də tədris mərkəzi kimi fəaliyyət göstərməsi məsciddə dini ayinlərin icrasını, namazın qılınmasını məhdudlaşdırmır. O əlavə edib ki, məscid öz funksiyasını olduğu kimi davam etdirəcək, eyni zamanda dini mərkəz olaraq din üzrə yetiştdiriləcək kadrların praktik fəaliyyətinə də yer verəcək.

M.Qurbanlı vurğulayıb ki, mətbuatda məscidlə bağlı dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yayılıb: “İlahiyyat” məscidi ilə bağlı heç bir problem yoxdur. Təəssüf edirəm ki, mətbuat bu məsələni əsassız olaraq şişirdir. Jurnalistlərimiz məsələni öyrənsinlər, sonra yazsınlar. Kimsə sosial şəbəkələrdə bilmədiyi mövzu haqqında yazır, başqaları da məsələnin mahiyyətini öyrənmədən reaksiya verirlər. Bir məsələ haqqında həqiqəti öyrənilmədən ona münasibət bildirilməməlidir. Hay-küy qaldırır, məscidin söküldüyünü deyirlər. Dövlət Komitəsi, QMİ məsələ ilə bağlı açıqlama yayıb. Məscidin imamı xütbəsində bu məsələ ilə bağlı geniş izahat verib. İndi biz necə edək, ev-ev gəzib adamlara məscidin yerində olduğunu deyək?”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə