Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabiq rəis nazirdən təqaüd istəyir
Sabiq rəis nazirdən təqaüd istəyir
29 Aprel 2013 / 14:16 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Haqqımın itirilməsi ilə barışmaq da asan məsələ deyil

Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Ramil Usubova Bakı şəhəri, Xətai rayonu Həzi Aslanov qəsəbəsi I dairəvi küç. Ev 24, mən.2-də yaşayan, Xaçmaz rayon polis idarəsinin sabiq rəisi, polis baş leytenantı, Qarabağ döyüşçüsü Qasımov Habil Cankişi oğlu tərəfindən

Ə R İ Z Ə

Cənab nazir!Nəzərinizə çatdırım ki, mən 1993-cü ildə Daxili İşlər naziri İsgəndər Həmidovun müvafiq əmri ilə, məhz DİN-nin o zamankı nümayəndəsi kimi sizin yerdə təqdimatınızla Xaçmaz rayon polis idarəsinə rəis təyin olunmuşam. İşlədiyim dönəmdə cinayətkarlığa qarşı ciddi mübarizə aparmış, dəfələrlə I Qarabağ müharibəsində döyüşlərdə aktiv iştirak etmişəm. Xocalı şəhərinin və aeroportunun müdafiəsindəki xidmətlərimi bu gün sağ qalan döyüş yoldaşlarım da təsdiq edə bilərlər. Həmin zamanın şahidlərindən biri də hesab edirəm ki, elə Siz özünüzsünüz. Hətta belə döyüşlərin birində qardaşınız Sahib Usubovun xahişi ilə Sizin yaxınlarınızın və doğmalarınızın Əsgəran rayonunda hücumların birində, erməni qəsbkarlarının əlindən, konkret əsirlikdən silahlı müqavimətlə, düşmənlə döyüşərək geri almışam. Onları Xocalıya gətirmiş, daha təhlükəsiz yerdə məskunlaşmasına bilavasitə yardımçı olmuşam. Əslində bu mənim zabit borcum idi və mən bunu etdim.

Cənab nazir!
Zamanında məni etmədiyim günaha görə polis orqanlarından xaric etdilər. Hətta haqqımda çıxarılan qərarın haqsız olduğunu sizdə yəqin bilirsiniz. Qərar qəbul edənlər vətən və millət qarşısındakı xidmətlərimi belə nəzərə almadılar. Halbuki mən xidməti otağı səngərlə əvəz edən zabit olmuşam.
Məruz qaldığım haqsızlıq, bu haqsızlığın yaratdığı əsəb və stres hiss edirəm ki, artıq səhhətimdə də ciddi problemlər yaradır. Halbuki mən hələ uzun illər vətənimə və xalqıma xidmət etməkdə israrlıyam. Lakin 20 ilə yaxındır ki, zorən məruz qaldığım işsizlik yuxarıda qeyd etdiyim problemlərin yaranmasına rəvac verir.

Cənab nazir!
Mən əxlaqlı adamam. Etdiyimə görə əvəz istəməyi heç zaman düşünməmişəm. Lakin haqqımın itirilməsi ilə barışmaq da asan məsələ deyil. Bu prosesin nə qədər ağır olduğunu yalnız mən və ailəm bilir. Bu günə kimi dəfələrlə müraciət etməyimə baxmayaraq hökumətdən bir qəpik belə yardım almamışam. Yalnız bir dəfə müraciətlərimin birində Xətai rayon İcra hakimiyyətindən mənə telefon açaraq 100 manat birdəfəlik yardım təklif etdilər. Sözsüz ki, mən bu təklifi özümə təhqir bildiyim üçün həmən imtina etdim. Çünki adamlar döyüşçü zabitlə deyil, yardım istəyən kimsəziz dilənçi ilə danışırmışlar kimi danışdılar. Halbuki mənim zabit şərəfim hər hansı maddiyyatla ölçülmür.
Cənab nazir!
Sizdən xahiş edirəm sabiq polis rəisi, I Qarabağ müharibəsi döyüşçüsü və polis zabiti kimi təqaüdlə təmin olunmağım üçün rəhbərlik etdiyiniz nazirliyin müvafiq sturukturuna və ya aidiyyatı qurumlara göstəriş verəsiniz.

Bakı şəhəri, Xətai rayonu Həzi Aslanov qəsəbəsi I dairəvi küç. Ev 24, mən.2-də
yaşayan, Xaçmaz rayon polis idarəsinin sabiq rəisi, polis baş leytenantı, Qarabağ
döyüşçüsü: Qasımov Habil Cankişi oğlu

29.04.2013-cü il

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə