Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəsimidə “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirilib
Nəsimidə “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirilib
06 Aprel 2017 / 18:10 / Baxış sayı: 272
Font1 Font2 Font3 Font4

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin paytaxtın Nəsimi rayonunda keçirdiyi “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlimdə rayon məktəblərinin bir qrup şagirdinə uşaq hüquqları ilə bağlı ətraflı məlumat verilmişdir. 

Dəyirmi masada keçirilən təlimi giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizdə uşaqlara qayğı işinin dövlət siyasəti səviyyəsində həyata keçirildiyini bildirmiş, yeni nəsilin sağlam, tərbiyəli və bilikli böyüməsi ilə bağlı rayonda gerçəkləşdirilən davamlı layihələrin humanist mahiyyətinidən söz açmışdır. O, uşaqların ahəngdar inkişafında, cəmiyyətdəki mövqelərini qiymətləndirmələrində öz hüquqlarından vaxtında xəbərdar olmalarının önəmini vurğulamışdır.

Bildirilmişdir ki, respublikamızda uşaqların müstəqil özünüifadə bacarıqlarının inkişaf etdirilməsi, öz hüquq və maraqlarının müdafiəsində fəal iştirakının təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirlir. Belə layihələr böyüməkdə olan nəsilin ictimai fəallığının artırılmasına və onlarda öncüllük keyfiyyətinin formalaşmasına önəmli təsir göstərir. Nəsimi rayonunda davamlı olaraq uşaq və yeniyetmələrin hüquqları, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir.

Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyeva və aparıcı məsləhətçisi Fərid Ədilov təlimdə uşaq hüquqları ilə bağlı Nəsimi məktəblilərini məlumatlandırmışlar. Sonra uşaq məsələlərini əhatə edən videoçarxlar nümayiş etdirilmişdir. Məktəblilər mövzu ətrafında qruplar üzrə fəal müzakirəyə cəlb olunmuş, onların sualları cavablandırılmışdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə