Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehriban Əliyeva selfi çəkdirdi – FOTOLAR
Mehriban Əliyeva selfi çəkdirdi – FOTOLAR
06 Aprel 2017 / 19:06 / Baxış sayı: 662
Font1 Font2 Font3 Font4
Aprelin 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
“Qaynar” xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyeva məlumat verib. Bildirilib ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.
Daha sonra ölkə başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar və  sərgilərin işinə uğurlar arzulayıblar. Sonda birinci xanım Mehriban Əliyeva sərgi iştirakçıları ilə selfi çəkdirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə