Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əhməd Paşayev: “Ətrafımızdakı gənclərin sayı durmadan artır”
Əhməd Paşayev: “Ətrafımızdakı gənclərin sayı durmadan artır”
29 Aprel 2013 / 14:29 / Baxış sayı: 452
Font1 Font2 Font3 Font4

Bu günkü müsahibimiz “Gələcəyə Baxış” Gənclər Hərəkatının həmsədri Əhməd Paşayevdir

– Əhməd müəllim, “Gələcəyə Baxış” Gənclər Hərəkatı hansı zərurətdən yarandı?
– Yeni minillikdə Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsini üç determinantın – milli ideyanın formalaşması, şəxsiyyətin rolunun tanınması və millətin məqsədyönlülüyünün dəstəklənməsi determinantlarının təsir dairəsində nəzərdən keçirmək lazımdır. XXI əsrdə Azərbaycanın simasını bu amillər bəri başdan müəyyən edir. Bu gün Azərbaycanda yeni bir mərhələ başlanıb. Azərbaycan dünyaya daha çox açılır, Azərbaycanın daxili həyatında, ictimai-siyasi, iqtisadi sahələrdə böyük irəliləyişlər var. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu prinsiplər cənab prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə həyata keçirilməkdədir. Yeni texnologiya əsasında düşüncə tərzi artıq idarəçilik sistemimizin bütün sferalarına daxil olub. Daha çevik bir mexanizm işə düşüb. Prosesə yeni, enerjili, gənc qüvvələr cəlb olunub. Ona görə də Azərbaycanın gələcəyi böyük potensial əsasında kifayət qədər perspektivli görünür. Yeni dövr başlanır, amma necə bir dövr? Bu suala cənab İlham Əliyevin son illər ərzində ölkədə yaratdığı siyasi və iqtisadi vəziyyət cavab verir. Öz mahiyyəti etibarilə yeni dövr cəmiyyətin inkişafının maraqlarına və tələblərinə uyğun olmayan, milli siyasi məkanı məhdudlaşdıran yolu inkar edir. Eyni zamanda bu dövr ölkənin gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir. Biz fəal ictimai proseslərə qoşulanda qarşımızda bir məqsəd qoyduq, Azərbaycanın gələcəyi böyük potensial əsasında görünür və biz də “Gələcəyə Baxış”ı məhz İlham Əliyevin siyasi kursunda görürük. Məhz cənab prezidentin gənclərə qayğısı, gənclərlə bağlı siyasəti bizi ruhlandırdı ki, fəaliyyətimizi daha geniş və şəbəkələşmiş formada davam edək. Hazırda ətrafımızda gənclərin sayı durmadan artmaqdadır. Onların ictimai proseslərdə aktivliyinin artırılması üzərində çalışırıq. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə gənclərə arxalandığını xüsusi qeyd etmişdi. Bu isə Azərbaycan gənclər siyasətinin yeni mərhələsinin başlanması deməkdir. Biz də bu yolda bütün gücümüzü səfərbər edirik və Azərbaycan daha güclü dövlətə çevrlisin.

– Hərəkatın qarşısında hansı məqsədlər və vəzifələr durur?
– Azərbaycan Respublikası prezidentinin 2011-ci il 29 noyabr tarixli sərəncamı ilə müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanması tapşırılmışdır. Ölkəmizdə müşahidə olunan sürətli iqtisadi inkişaf Azərbaycan cəmiyyətində də güclü konsensusun əldə edilməsinə şərait yaradıb. Yeni Konsepsiyanın hazırlanması zamanı iqtisadiyyatdakı hansı meyllərin daha da gücləndirilməsi müəyyən edilməli, qarşıdakı on ildə iqtisadiyyatda səmərəlilik amili ön plana çəkilməlidir. Yeni Konsepsiyanın həyata keçirilməsində əsas məqsəd Azərbaycanın inkişaf etməkdə olan ölkələri qabaqlamasını təmin etməkdir. Azərbaycanın gələcək on ildə iqtisadi və sosial inkişafında əsas istiqamətlərdən biri maliyyə vəsaitinin xərclənməsi üzrə milli strategiyanın müəyyənləşdirilməsidir. Son vaxtlar cənab İlham Əliyevin uğurlu siyasəti və vətəndaş cəmiyyəti qurumlarına göstərdiyi dəstək nəticəsində qeyri-hökumət təşkilatları da respublikanın ictimai-siyasi həyatında, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında və güclənməsində, gənclərin ictimai idarəetmədə iştirakçılığını və təşəbbüskarlığını gücləndirməyi təşviq edilməsində, sosial tərəqqinin əldə edilməsində, milli dəyərlərin qorunub saxlanılmasında, vətəndaşların maarifləndirilməsində fəal iştirak edirlər.

Bizim məqsədlərimizə Azərbaycan gənclərinin sosial və ictimai fəallığını artırmaq, onların müstəqil Azərbaycan Respublikasının mili dirçəlişi və dünya xalqları arasında layiqli yer tutması, gənclərin vətənpərvərlik ruhunun artırılması və aşılanması, vətəndaş təşəbbüskarlığının artırılmasına yardım etmək, bəşəri dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində vətəndaşların maarifləndirilməsi, Azərbaycanda milli maraqlarımıza uyğun olaraq region ölkələrində çoxluğun mövqeyini ifadə edən və həyata keçirilən siyasi kursun genişləndirilməsinə dəstək olmaq, müasir cəmiyyətin inkişafında gənclərin rolunun artmasına kömək göstərməkdən və sairə işlərdən ibarətdir. Buna da nail olacağımıza əminəm.

– Fikrinizcə, dövlətin gənclərə dəstəyi hansı səviyyədədir?
– Gənclər siyasətinin mahiyyətinin nə olduğunu anlamaq üçün ümummilli liderimiz Heydər Əliyevin gənclər barəsində dediyi “Gənclər gələcəyimizdir!” ifadəsini yada salmaq kifayət edir. Çünki prinsipcə gələcəyi formalaşdıracaq, onu quracaq, idarə edəcək qüvvə məhz gənclərdir. Gənclər siyasətinin əsas prinsipləri müstəqil düşüncəyə, sağlam milli şüur və təfəkkürə, pozitiv enerjiyə, mükəmməl istedada və professionallığa, sağlam əqidəyə sahib olan vətəndaşları yetişdirməkdən ibarətdir.
Dövlət başçısı cənab İlham Əliyev xüsusi qeyd edir ki, respublikamızda qara qızılı insan qızılına, insan kapitalına çevirməyin vaxtı gəlib çatıb. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtututlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. «Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, həmin prosesləri izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar – bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir».

İlham Əliyev prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərib və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. Bu gün Azərbaycan yeni inkişaf mərhələsindədir. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Ona görə də hər birimiz milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi, siyasi-hərbi qüdrətinin daha da artması üçün aktiv çalışmalıyıq.

Prezident İlham Əliyev ulu öndərin zamanında böyük müdrikliklə irəli sürdüyü ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirən, inkişaf etdirən qüdrətli şəxsiyyət, alternativsiz liderdir. Bütün bunların fonunda ölkə vətəndaşlarının böyük əksəriyyəti cənab İlham Əliyevə etimad göstərir, onun rəhbərliyi altında respublikamızın qarşıdakı illərdə daha böyük uğurlar qazanacağına inanırlar. Buna görə də biz “Gələcəyə Baxış” İctimai Hərəkatı olaraq bu işin yanındayıq.

– Gənclər üçün yaradılan şəraitdən onlar necə yararlanmalıdırlar?
– Bu gün ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Gənclər Fondunun yaradılması, gənclərlə bağlı qəbul edilən qərarlar, sərəncam və qanunlar bizim inkişafımıza xidmət edir. Hazırda xaricdə təhsil dövlətin maddi vəsaiti hesabına aparılır. Xarici şirkətlər, yerli qurumlar, dövlət orqanlarında gənc vəzifə sahiblərinin sayı günü-gündən artmaqdadır. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Bu yaradılan şəraitdə isə bizdən tələb olunan isə ancaq intellektual bazanın güclü olması, xarici dillərə və informasiya texnologiyalarına yiyələnməkdir. Bilirsiniz, insanın özündən çox şey asılıdır. Gənc öz yolunu seçməkdə sərbəstdir. İki yol var: oxumaq, təhsil almaq və asudə vaxtı daha səmərəli istifadə etmək, digəri isə sadəcə zamanı boşa vermək. Şükür Allaha ki, müasir gənclərimizin çoxu birinci yoldadır və bu işə də dövlətimizin qəbul etdiyi müvafiq sənədlər və apardığı islahatlarla nail olunub. Biz də “Gələcəyə Baxış” İctimai Hərəkatı olaraq ilk öncə gənclərimizə dəstək olmağı qarşımıza məqsəd qoymuşuq.

Elnur Eltürk
arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə