Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şuranın Apelyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb
Şuranın Apelyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb
06 Aprel 2017 / 19:15 / Baxış sayı: 310
Font1 Font2 Font3 Font4

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib. Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2017-cı il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 27 QHT-nin müraciətinə baxılıb.

Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.

Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apelyasiya Komissiyasına müraciət edən 17 QHT-nin layihəsi ilə bağlı Şuranın qərarı məqbul hesab olunub. Komissiya Şuraya 9 QHT-nin layihəsinə yenidən baxılmasını tövsiyyə edib. Qeyd edək ki, iclasda media qurumlarının nümayəndələri də iştirak edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə