Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağakərim yaddaşını itirib – YENİLƏNİB
Ağakərim yaddaşını itirib – YENİLƏNİB
06 Aprel 2017 / 19:49 / Baxış sayı: 848
Font1 Font2 Font3 Font4

Ötən gün insult keçirən məşhur meyxanaçı Kərim Novruzovun vəziyyəti yaxşı deyil. Onun yaddaşı itib, yaxınlarını, dostlarını çətinliklə tanıya bilir. Bunu azvision.az-a K.Novruzovun sənət yoldaşı Ağamirzə Məmmədov deyib. Onun sözlərinə görə, Kərim bir neçə gün reanimasiyada qalacaq.

“Yanına çox adamı buraxmırlar. Gündə bir dəfə ailəsindən kimsə onunla görüşə bilir. Həkimlər deyib ki, hələ bir müddət reanimasiyada qalacaq.

Vəziyyəti düzələrsə, palataya köçürəcəklər. Kərim çox adamı tanımır. Bizim üçün də gözlənilməz oldu. Kərimin halı birdən-birə pisləşib. O, qəfildən insult keçirib. Səbəbini hələ bilmirik. Bəlkə, fikir edib, ya da əsəbiləşib. İnsanın yaşı artdıqca belə təhlükələrlə üz-üzə qalır”.

11:42

Bir neçə gün öncə beyninə qan sızaraq Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin səhhətindən xəbər var. Lent.az-a açıqlama verən meyxanaçının bacısı oğlu Rüstəm bildirib ki, dayısının vəziyyəti dünən gecədən yaxşılaşmağa başlayıb: “Həkimlə danışdıq, söylədi ki, belə davam etsə, bu gün və ya sabah palataya köçürüləcək.

Biz elə bilirdik ki, əməliyyat olunacaq, amma həkim dedi ki, əməliyyatlıq bir şey yoxdur. Dünən gecə Ağakərim bəy bizimlə danışdı. Yəni o vəziyyətə düşəndən sonra ilk dəfə idi ki, danışa bilirdi. Həkimlərin dediyinə görə, vəziyyəti get-gedə yaxşılaşacaq. Ümid Allahadır”. Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə