Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda yaşlı kişi qadına belə hücum etdi – VİDEO
Bakıda yaşlı kişi qadına belə hücum etdi – VİDEO
07 Aprel 2017 / 10:33 / Baxış sayı: 626
Font1 Font2 Font3 Font4
Bakıda yaşlı kişi ona yaraşmayan cinayət törədib. O, təxminən özü yaşında olan bir qadına qarşı zor tətbiq edərək əlindəki çantasını alaraq qaçıb. Soyğunçuluq cinayəti ərazidəki təhlükəsizlik kamerasına düşüb.
arxiv.bizimxeber.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, yaşlı kişi əvvəlcə ağbirçək qadını izləyib. Qadın insanların olmadığı yerə çatanda kişi ona hücum edib və əlindəki çantasını alaraq qaçıb.
Bakıda olan hadisənin görüntülər ərazidəki təhlükəsizlik kameralarına düşüb. Zərərçəkmiş Zərifə Şahverdiyeva ərazi üzrə Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə məlumat verib ki, Mircəlal küçəsində olarkən bir kişi ona qarşı soyğunçuluq edib.
Qadın ifadəsində bildirib ki, içində 40 manat pul, mobil telefon, bankomat kartları və sənədi olan çantasını həmin yaşlı kişi zorla əlindən alaraq qaçıb. Dərhal 7-ci polis bölməsinin əməliyyatçıları hadisə yerinə baxış keçiriblər. Ərazidəki müşahidə kameralarına düşən görüntülərə baxarkən polis müəyyən edib ki, soyğunçuluq cinayətini Bakı şəhər sakini 55 yaşlı Elçin Şabanov törədib və o, çox çəkməyib ki, elə həmin çanta ilə birlikdə saxlanılaraq polis bölməsinə gətirilib.
Elçin Şabanovun ətrafında araşdırma aparılarkən o da məlum olub ki, əvvəllər də soyğunçuluq və yol nəqliyyat hadisəsinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Elçin Şabanov barəsində cinayət işi başlanıb.
arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə