Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşdi
Meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşdi
07 Aprel 2017 / 11:09 / Baxış sayı: 278
Font1 Font2 Font3 Font4

Qaradağ rayonu ərazisində dənizdən tapılan meyitin ötən il dekabrın 14-də N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçulması nəticəsində həlak olmuş neftçiyə məxsus olduğu təstiqlənib.

Trend-in məlumatına görə, meyitin şəxsiyyəti müəyyənləşib. Müayinə nəticəsində meyitin hadisə zamanı itkin düşən neftçi – N.Nərimanov adına NQÇİ-nin operatoru olmuş Azay Zülfüqarova məxsus olduğu təsdiqlənib.

Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və orada müayinə olunub. Meyitin bu gün A.Zülfüqarovun ailəsinə təhvil veriləcəyi bildirilir.

Qeyd edək ki, ötən il dekabrın 14-də N.Nərimanov adına NQÇİ-nin dənizdəki estakadasının uçulması nəticəsində 10 nəfər neftçi itkin düşmüşdü. Baş vermiş qəza zamanı itkin düşən neftçilərdən 8-nin meyiti tapılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə