Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məscidlərin həyətində namaz qılmaq qadağandır? – Rəsmi AÇIQLAMA
Məscidlərin həyətində namaz qılmaq qadağandır? – Rəsmi AÇIQLAMA
07 Aprel 2017 / 12:03 / Baxış sayı: 354
Font1 Font2 Font3 Font4

Azərbaycan qanunvericiliyində məscidlərin həyətində namaz qılınması ilə bağlı hər hansı qadağa yoxdur. Bunu report-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanunun 21-ci maddəsində göstərilir ki, ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə maneəsiz keçirilir:

“Bu məsələ hər bir məsciddə vəziyyət nəzərə alınaraq onların özü tərəfindən tənzimlənir. Bu hüquq da həmin məscidlərdə fəaliyyət göstərən dini icmalara aiddir. Əgər hər hansı bir məscidin həyətində, yaxud kənarında namaz qılınması ictimai təhlükəsizlik, eyni zamanda insanların hərəkəti üçün maneə törədirsə, təbii ki, məsciddəki icma özü bunu tənzimləməlidir”.

Şöbə müdiri bildirib ki, hansısa məsciddin həyətində namaz qılınması ilə bağlı ictimai təhlükəsizlik baxımdan problem yaranmırsa, icmanının razılığı ilə orada namaz qılına bilər.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə cümə namazları zamanı məscidlərin həyətində namaz qılınmasının qadağan edildiyi barədə məlumatlar yayılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə