Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ən “bərkgedən” avtoritetlər Novxanıda yığışacaq
Ən “bərkgedən” avtoritetlər Novxanıda yığışacaq
07 Aprel 2017 / 12:47 / Baxış sayı: 5776
Font1 Font2 Font3 Font4
Dünyanın bir çox ölkələrin məşhur kriminal avtoritetləri Bakıya gələcək.
BakiPost.az xəbər verir ki, bu gəlişin səbəbi “Dadaş Bakinski” ləqəbi ilə tanınan mərhum avtoritet Dadaş İbrahimovun il mərasimində iştirak etməkdir. Məlumata görə, aprelin 9-da Novxanıda keçiriləcək il mərasiminə daha çox Rusiyadan və Gürcüstandan “qanuni oğrular” qatılacaq.
Dadaşın dəfn mərasiminə qatılmayan “oğru”ların onun il mərasiminə təşrif buyurması təsadüfi deyil. Bəlli olduğu kimi onun özünə qəsd etməsi Rövşən Lənkəranskinin təşkil etdiyi “sxodka”dan qayıdarkən baş vermişdi. Buna səbəb kimi isə D.İbrahimovun həmin “sxodka”da ağır cəzalandırılması, “tac”dan məhrum edilməsi göstərilirdi. Buna görə də həmin vaxt regionda “oğru dünyası”na az qala şəriksiz hökümranlıq edən Lənkəranskinin “sildiyi” adamın dəfn mərasiminə çox az adam qatılmışdı. Bir müddət sonra Lənkəranskinin ölmü isə bu sahədə bütün mənzərəni dəyişib. Vaxtilə Lənkəranskinin düşmən elan etdiyi şəxslər indi daha böyük ehtiramla yad edilir. Ona görə də D. İbrahimovla yaxın münasibətləri olmuş kriminal avtoritetlərin əksəriyyətinin il mərasimində iştirak edəcəyi gözlənilir.
D.İbrahimov “qanuni oğru” adını 2000-ci ildə, 27 yaşında alıb. O ilk məhkumluğunu 2002-ci ildə yaşayıb. Dadaş İbrahimov xuliqanlıq maddəsi ilə 1,5 il azadlıqdan məhrum edib.
2011-ci ilin iyununda D.İbrahimov Peterburqa getmək istəyərkən narkotik maddə ilə saxlanılıb və 4 il müddətinə azadlıqdan məhrum edilib.
2015-ci ildə onun məhkumluğu daha 11 ay artırılıb. Buna səbəb kimi isə onun Krasnayarskda cəza çəkdiyi 17 saylı kolonun əməkdaşına rüşvət təklif etməsi olub.
2015-ci ilin yanvarında cəzasını bitirib azadlığa çıxan “qanuni oğru” Rusiya DİN əməkdaşlarının nəzarəti altında Moskvanın “Domodedovo” aeroportundan Azərbaycana deportasiya edilib.
Onun Ukraynaya niyə getməsi barədə müxtəlif iddialar var. Amma əsas səbəb “qanuni oğru”nun “sxodka”ya çağırılması barədədir.
İddia olunur ki, “Dadaş Bakinski”nin iştirakı ilə “sxodka” keçirilib. Onun ötən ilin avqustunda İstanbulda qətlə yetirilən Rövşən Lənkəranski ilə münasibətləri ürəkaçan olmayıb.
Məlumata görə, D.İbrahimov “Lənkəranski”nin Sumqayıtda “smotryayuşi” olan adamı haqsız yerə cəzalandırdığı üçün “sxodka”ya çağırılıbmış.
“Sxodka”da “Bakinski” Levan Abuladzeni “Butirka” da (“Levan Suxumski”) döyülmə səbəbini əsaslandıra bilməyib. Bu səbəbdən onun titulu əlindən alınıb.
Bunu həzm edə bilməyən “Dadaş Bakinski” Kiyevə gedib və “Borispol” hava limanında əvvəl polisə, sonra isə özünə xəsarət yetirib. Bir neçə gün sonra – aprelin 6-da dünyasını dəyişib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə