Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya ABŞ əməkdaşlığı bitdi – Suriyaya görə
Rusiya ABŞ əməkdaşlığı bitdi – Suriyaya görə
07 Aprel 2017 / 12:49 / Baxış sayı: 298
Font1 Font2 Font3 Font4

Rusiya ABŞ-ın Suriya hökumətinin aviabazalarına zərbə endirməsi ilə əlaqədar olaraq Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini dayandırdığını bəyan edib.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya tərəfi Suriyada əməliyyatlar zamanı aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında ABŞ-la imzalanan Memorandumun fəaliyyətini dayandırır.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri dünən Suriyada hökumət qüvvələrinin aviabazasına raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, zərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.

ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 59 “Tomaqavk” raketi atdığı bildirilir. Zərbələr nəticəsində 6 Suriya hərbçisi həlak olub, aerodrom və aerodromdakı təyyarələr yararsız hala düşüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə