Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əkiz bacıların törətdiyi qəza ilə bağlı SON MƏLUMAT
Əkiz bacıların törətdiyi qəza ilə bağlı SON MƏLUMAT
07 Aprel 2017 / 12:55 / Baxış sayı: 922
Font1 Font2 Font3 Font4

Aprelin 5-də Bakının mərkəzində tanınmış müğənni Sevil-Sevinc bacılarından ikincisinin idarə etdiyi avtomobillə vurduğu piyada 1 saylı şəhər xəstəxanasından çıxarılaraq paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, əkiz bacılardan 1990-cı ildə anadan olmuş Bakı şəhər sakini Səfərova Sevinc Azad qızının idarə etdiyi  “Dodge Durango” markalı, 90 UA 555 dövlət qeydiyyat nişanlı avtomobil ilə vurduğu və ağır xəsarət alan 1930-cu ildə anadan olmuş, Yasamal rayon sakini Ağayev Söhrab Rüstəm oğlu ambulansla Xətai rayonunda yerləşən “Mediland” klinikasına aparılıb və burada onun üçün hazırlanmış 1 nəfərlik otağa yerləşdirilib. Müğənni bacılar 87 yaşlı kişinin bütün xərclərini öz üzərlərinə götürüblər və həkimlərdən onun yaşaması üçün bütün vasitələrdən istifadə etmələrini xahiş ediblər.

Qeyd edək ki, yol qəzasında ağır xəsarət alan 87 yaşlı Söhrab Ağayev aprelin 5-də 1 saylı şəhər xəstəxanasına huşsuz vəziyyətdə gətirilib və bəlli olub ki, onun beyninin sağ yarımkürəsi tamamilə əzilib, beyninə qan sızıb. Yaralının həyatına təhlükə böyükdür.

Faktla bağlı araşdırma aparılır. Sevinc Səfərova polisə hadisə ilə bağlı izahat verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə