Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

General parlamentdə hesabat verdi
General parlamentdə hesabat verdi
07 Aprel 2017 / 13:19 / Baxış sayı: 360
Font1 Font2 Font3 Font4

Bu gün Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı  haqqında hesabat dinlənilib. 

arxiv.bizimxeber.az xəbər verir ki,  hesabatı təqdim edən Daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov qeyd edib ki, İnsan alverinə qarşı mübarizə ilə bağlı 80-yə yaxın qanunvericilik aktı və digər sənədlər qəbul olunub: “Maarifləndirmə tədbirlərinə 182 min manat vəsait ayrılıb. Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 399 cinayət hadisəsi aşkarlanıb. 26 cinayətkar dəstənin fəaliyyəti zərərsizləşdirilib. Bunların  102 nəfər üzvü də istintaqa cəlb olunub.

15 qeyri- hökumət təşkilatı səmərəli fəaliyyətinə görə mükafatlandırılmışdır.  Azərbaycan insan alverində təqsirli bilənən və xarici ölkələrdə gizlənən cinayətkarların Azərbaycana ekstradasiyası ilə bağlı müzakirələr aparırlar. Artıq Türkiyə, İran, BƏƏ hökumətləri ilə insan alverində ittiham olunaraq gizlənmiş şəxslərin ölkəyə ekstradasiyası ilə bağlı məlumatlandırıcı informasiya mübadiləsi aparılır. Ötən il  141 cinayət faktı aşkarlanıb və bunun nəticəsində 15 cinayətkar dəstə yaxalanıb,70 nəfər cinayətin qurbanı olan şəxslər aşkar edilib. Onlardan 69- u Azərbaycan, biri isə əcnəbi vətəndaş olub. Onlardan 63  qurban və yeddi potensial qurban sığınacağa yerləşdirilib və birdəfəlik 400 manat müavinət verilib. 25- i işlə təmin olunub.  54 qurban ailəsinə qaytarılıb. Qurbanların himayəsində olan 31 azyaşlı sosial proqramlara cəlb olunub. Onların sosial reablitasiyasına DİN büdcəsindən əlavə olaraq 153 min manat xərclənib”.

Biizmxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə