Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saunada gecə əməliyyatı
Saunada gecə əməliyyatı
29 Aprel 2013 / 14:54 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Kəpəz”də tutulan 31 nəfər nəfər polisə aparılıb

Aprelin 28-dən 29-na keçən gecə Nizami rayonu ərazisindəki “Kəpəz” istirahət mərkəzində əməliyyat keçirilib. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, Rayon Polis İdarəsinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən əməliyyat zamanı 31 nəfər tutulub.

Qaynağımız deyib ki, Bakı Neft Emalı Zavodunun yaxınlığında yerləşən istirahət mərkəzində tutulanlar Nizami Rayon Polis İdarəsinə aparılıblar: “Əməliyyatçılar istirahət mərkəzindəki 2 mərtəbəli binaya qəfil hucum ediblər. 1-ci mərtəbədə yerləşən bardan mərkəzin işçilərini tutublar. 2-ci mərtbədəki nömrələdə qapıları sındırıb orada olan cütlükləri zorla özləri ilə aprıblar”.

Bu gün səhər tutulanların 21 nəfər güclü cins nümayəndəsi azad olunub. Buraxılanlardan 6 nəfər istirahət mərkəzinin işçisi olub. İstirahət mərkəzində tutulan 10 nəfər zərif cins nümayəndəsi isə polisdə saxlanılırlar. Əməliyyatın mərkəzin saunasında keçirildiyi bildirilir.

Qeyd olunur ki, tutulanların əksəriyyəti çılpaq vəziyyətdə olub. Belə məkanlarda adətən İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməliyyat keçirir. Nizami polisinin belə əməliyyat keçirməsinin arxasında digər cinayətlərə aydınlıq gətirilməsi məqsədinin güdülməsi də istisna deyil.

Güman olunur ki, tutulan zərif cins nümayındələri arasında bir cinayətin şahidi olmuş “sevgi ilahəsi” də var.
Məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən hər hansı bir şərh verməyiblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə