Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AST Telmandan təkzib
AST Telmandan təkzib
29 Aprel 2013 / 14:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Aprelin 23-də EL Hərəkatını Türkiyədəki ictimai-siyasi qüvvələrə təqdim etmək və tanıtmaq üçün EL Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini Köçəri Nağıbəylinin Türkiyəyə getməsi və Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” otelində qalması barədə xəbərlər təkzib olunub.

Lent.az-ın verdiyi məlumata görə, bununla bağlı “Mardan Palace” otelinin baş direktoru Cumhur Özen açıqlama yayıb.

Cumhur Özen qeyd edib ki, həmin tarixlərdə “Mardan Palace”də hər hansı bir səbəblə Azərbaycandan heç bir qonaq olmayıb və heç bir toplantı, ya da görüş keçirilməyib.

Cumhur Özen Antalyaya birbaşa təyyarə uçuşlarının mayın 19-dan etibarən başlayacağını da qeyd edib: “Mövzuyla bağlı olaraq, media və ictimaiyyətin doğru məlumatlandırılması, çıxan xəbərlərlə əlaqədar “Mardan Palace” hoteli və sahibinin əsassız xəbərlərlə bir əlaqəsinin olmadığını qeyd etməklə bu cür şayiələrə inanmamağı rica edirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə