Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı sahibkar Ermənistana “Karabax” pomidorları yolladı
Azərbaycanlı sahibkar Ermənistana “Karabax” pomidorları yolladı
07 Aprel 2017 / 14:39 / Baxış sayı: 1292
Font1 Font2 Font3 Font4
Ermənistanda Türkiyədən gətirilən pomidorlar satılır.
arxiv.bizimxeber.az modern.az-a istinadən xəbər verir ki, həmin pomidor qutularının üzərində “Karabax” yazılması diqqət çəkib.
Bu, Ermənistanda narazılığa səbəb olub. Bəzi erməni şirkətləri sözügedən ixracın yerli istehsala mane olduğunu iddia edib. Eyni zamanda, pomidor qutularının üzərində “Karabax” yazılması da erməniləri hiddətləndirib.
Məlum olub ki, Ermənistana pomidor ixrac edən şirkətin adı “Sahtu Tarım Ürünleri” Antalyada fəaliyyət göstərir.
Məlumata görə, bu şirkət ailə biznesi çərçivəsində fəaliyyət göstərir. Şirkətin sahibləri Sevda adlı azərbaycanlı və onun türk həyat yoldaşıdır.
Sevda bildirib ki, onların şirkəti Gürcüstan, Ukrayna və Azərbaycana kənd təsərrüfatı malları ixrac edir. O qutuların üzərində rusca “Karabax” yazılması məsələsinə də aydınlıq gətirib: “Karabax” adı şirkətin əmtəə nişanıdır. Yazının rusca olması isə ona görədir ki, ixracatın əsas hissəsi postsovet məkanının bir neçə ölkəsinə həyata keçirilir. O ölkələrdə yaşayan əhalinin çoxu isə rus dilini bilir”.
Qeyd edib ki, onların ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Ermənistana daşınması üçün Gürcüstan vasitəçi ərazi qismində olmağı təklif edib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə