Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Enerji içkilərinin ağına da qarasına da lənət” – Araşdırma
“Enerji içkilərinin ağına da qarasına da lənət” – Araşdırma
07 Aprel 2017 / 14:58 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4

Azərbaycanda enerji içkilərinin satışı davam edir. Fransa, Danimarka, Norveç, Türkiyə, Uruqvay, İslandiyada qadağan olunan bu içkilər ölkəmizdə sərbəst satılır. Orta məktəblərin önündəki köşklərdə enerji içkilərinin satışı məsələsi gündəmə gəlib.

Ekspertlər məktəblilərin gözü önündə belə içkilərin sərbəst satışından narahatdırlar. Onların dediyinə görə enerji içkilərinə daha çox meyillənən yuxarı sinif şagirdləridir. Tənəffüs zamanı və ya dərsdən sonra məktəblilərin əksəriyyətinin əlində bu içkini görmək mümkündür.

Qeyd edək ki, enerji içkilərinin istehlakının artımı dünya əhalisinin, xüsusilə, gənclərin sağlamlığı üçün risk yaradır. Eyni zamanda bu cür içkilər gəncləri alkoqolizmə və digər uyuşdurucu vasitələrə meyilləndirir.

Bu “energetik”lərin tərkibindəki bəzi maddələr təsiredici xüsusiyyətlərə malikdir ki, onlar da təhlükəli fəsadlara yol açmış olur.Belə ki, həmin içkilərin tərkibinə müəyyən miqdarda buğa spermasının qatılması ilə bağlı iddialar var. Bu heyvanın spermasının və sidiyinin tərkibindən taurin maddəsinin alınaraq energetik içkilərə qatıldığı bildirilir.Bu isə insanlarda ehtirasın oyanmasına səbəb olur və cinsi zorakılığın baş verməsinə yol açır.Təəssüf ki, Azərbaycanın istehlak bazarında bu kimi içkilərin növləri artmaqda davam edir.Bunu Azərbaycana idxal etməklə, millətin evini yıxmaqla pul qazanan monopolistlərin qarşısı alınmır. “Hell” sözünün mənasının “cəhənnəm” olduğunu nəzərə alsaq, bu məhsulların gəncləri həqiqətən də cəhənnəmə vasil etməsi faktdır.
Qanadlandırmır, öldürür
Araşdırmalara görə bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 l su, 100 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid, və bəzi vitaminlər var. Ekspertlər hesab edirlər ki, əksər televiziyaların “qanadlandırıcı” kimi reklam etdiyi “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” və s. kimi içkilər əslində daha çox insanı öldürür. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır.
İndi isə enerji içkilərinin tərkibinə baxaq: 100 mq kofein zehni fəaliyyəti stimullaşdırır, 238 mq ürək-damar dözümlülüyünü artırır (Bu cür effekt üçün gündə azı 3 banka içməlisən. Lakin istehsalçıların özləri gündə uzağı 2 banka içməyi tövsiyyə edirlər). Qeyd edək ki, toniklərdəki kofein isə başqa stimullaşdırıcı preparat kimi əsəb sistemini tükədir.Onun effekti orta hesabla cəmi 3-5 saat olur.Bundan sonra orqanizm dincəlməlidir.Bundan əlavə kofein asılılıq yaradır.Həmçinin onu da bildirək ki, tərkibində şəkər və kofein olan energetik gənc orqanizm üçün təhlükəlidir.
Taurin.Bir bankada orta hesabla 400-1000 mq taurin var. Bu əzələ toxumalarında toplanan amin turşusudur.Hesab olunur ki, o, ürək əzələsinin işini yaxşılaşdırır. Lakin energetiklərdəki taurinin miqdarı digər məhsullarda olduğundan dəfələrlə çoxdur, 2 bankada olan qlyukuronolaktonun miqdarı isə gündəlik normadan 500 dəfə artıq ola bilər. Həmin komponetlərin bu miqdarda bədənimizdə necə çalışdığını isə hətta alimlər müəyyənləşdirməyiblər.Məlum deyil ki, kofeinlə birgə istifadəsi hansı nəticələri verə bilər.Bu səbəbdən Avropa Birliyinin Qida üzrə Elmi komitəsinin ekspertləri bəyan edirlər ki, bu miqdarda taurinin və qlyukuronolaktonun istifadəsinin təsiri hələ müəyyənləşməyib.Onlar bunun üçün hələ elmi işlərin getdiyini bildirib.
Quarana və jenşen. Tonuslaşdıran xüsusiyyətə malik dərman bitkisidir.Lakin tibb adamları hesab edir ki, bu bitkilərə aid edilən stimullaşdırıcılıq araşdırmalarla təsdiqlənməyib.
B qrup vitaminləri.Əsəb sistemi və baş beyin üçün vacibdir. Onların çatışmazlığı orqanizmdə hiss olunur. Ancaq dozanı artırmaq istehsalçıların iddia etdiyi kimi heç bir zehni qabiliyyətlərə və məhsuldarlığa təsir göstərmir.Bir çox enerji içəcəklərində isə B vitaminlərinin miqdarı çox olduğundan, insanlarda ürək döyüntüsü və əl-ayaqlarda titrəmə yarada bilər. Vitamini var deyənlərin nəzərinə: bu içkilərdəki vitaminlər multivitamin kompleksini əvəz edə bilməz.
Enerji əvəzinə depressiya
Hesab olunur ki, bu içki insanı enerji ilə təmin edir.Ancaq bu, düzgün deyil.Bankanın içindəki məhsul insanın daxili rezervinə açılan qapının açarı rolunu oynayır. Başqa sözlə, banka enerji vermir, sadəcə, insanda olan enerjini çıxarır. İnsan öz resurslarından «borc» götürür.Borcu isə əvvəl və ya axır qaytarmalısan.Bunun əvəzi yorğunluq, yuxusuzluq, əsəbilik və depressiya ilə ödənir.Mütəxəssislər bildirir ki, bu içkini dozadan artıq qəbul etmək olmaz.Normadan artıq qəbul etmə arterial təzyiqin artması və qanda şəkərin yüksəlməsi ilə nəticələnir, həmçinin takikardiya, psixomotor oyanma, əsəbilik, depressiv vəziyyət yaradır.Ürək, qan-damar, mərkəzi sinir sistemi, böyrək xəstəlikləri (ürək çatışmazlığı, hipertoniya, infarkt, epilepsiya, iflic və s.) olan insanların bu içkini qəbul etməsi həyat üçün təhlükəlidir.Qeyd edək ki, normada göstərilən maksimum iki bankanı dalbadal içmək də orqanizm üçün zərərlidir.Çünki orqanizmin resursları tükəndiyindən arzuolunan effekt əvəzinə yan təsirlərə məruz qalmaq ehtimalı yarana bilər.Ümumiyyətlə, hamilələrə, uşaqlara və yeniyetmələrə, yaşlı adamlara, qlaukomada, yuxu pozğunluğunda, əsəbilikdə və kofeinə qarşı həssaslıq zamanı istifadəsi qəti olaraq qadağandır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət”qəzetinə bildirib ki, təəssüflər olsun ki, gənclərin energetik içkilər qəbul etməsi halları çoxalıb: “Bu kokain tərkibli içkilərin tərkibində həmçinin stimulyatorlar da var. Bunlar isə həm psixi, həm də somatik stimulyatorlardır. Bunların ən azı 16 yaşına qədər qəbulu heç də məqsədəuyğun sayılmır.Bu içkilər yəqin ki, zamanında qadağan olunacaq.Bunların bu şəkildə geniş vüsət alması əksinə, korporativ maraqlara xidmət edir.Amma düşünmürəm ki, nə vaxtsa, ticarətin bu növü ilə vətəndaş hüququ azalsın.Necə ki, sellofan kisələr qadağan olunmağa başlayır, zamanında da buna yenidən baxmalı olacaqlar. Məktəblərin önündə bu cür satışların keçirilməsi bir yana, həm kütləvi informasiya vasitələrində, televiziyalardakı reklamlarda bunun zərəri barədə mütəmadi təbliğat aparılmalıdır ki, gənclərin, uşaqların bu məhsullardan istifadəsi olmasın.
Ümumiyyətlə, böyüməkdə olanların orqanizminə bu içkilər uyğun deyil. Ürəyində takikardiyası və müəyyən problemləri olan, şəkərli diabeti, insult qorxusu olanlar bu içkiləri qəbul etməməlidir. Valideynlər özləri də diqqətli olmalıdırlar və uşaqlarını bununla bağlı xəbərdar etməlidirlər.Məktəbin önündə, uşaqların birbaşa gözünün qarşısında bu cür satış təbii ki, onun genişləndirilməsi üçün də şərait yaradır”.
Ekspertin sözlərinə görə bu cür içkilər hamilə qadınlar, yeniyetmələr, ümumiyyətlə, böyüməkdə olan orqanizmlər üçün ziyanlıdır: “Hətta həmin içki ürək əzələsinin genişlənməsi və torbalaşmasına səbəb ola bilir. Bu içki ondan mütəmadi istifadə edənlərdə asılılıq yaradır və getdikcə əsəb yaradır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə