Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İnsan həyatını heçə sayan daha bir məsuliyyətsiz sürücü – VİDEO
İnsan həyatını heçə sayan daha bir məsuliyyətsiz sürücü – VİDEO
07 Aprel 2017 / 15:44 / Baxış sayı: 992
Font1 Font2 Font3 Font4
Bu inanılmaz görüntülər bir milyarddan çox insanın yaşadığı Hindistanda və ya Çində çəkilməyib, 8 milyonluq Azərbaycanın mərkəzində çəkilib.
Lent.az-ın məlumatına görə, avtobusun qapılarından 7-8 nəfərin sallaşaraq getdiyi bu yer Abşeron rayonunun Digah qəsəbəsidir. Avtobus isə üzü Bakıya – “Azadlıq prospekti” metrostansiyasına doğru gəlir. Bəli, bəli, gördüyünüz kimi qapıları açıq, açıq qapılardan sallaşan xeyli insanla birgə.
Bu barədə bizə elə bu marşrutun daimi sərnişinlərindən biri məlumat verib. Dəhşətli səyahətin hər gün yaşandığını bildirən sərnişin deyir ki, Digahdan Bakıya doğru ölümlə qoyun-qoyuna səyahət edirlər. Şikayətçi onu da deyir ki, hər gün bu təhlükəli səfərin yaşandığı avtobus Digahdan Bakıya gələn 147 saylı marşruta aiddir.
Oxucumuz bildirir ki, bu xəttə hərəkət edən 147 saylı marşrutların demək olar, hamısı hər gün belə təhlükəli səfərlər həyata keçirir və onlarla insanın həyatını riskə atır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə