Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eynulla Fətullayevin müavini jurnalistləri hədələyib
Eynulla Fətullayevin müavini jurnalistləri hədələyib
29 Aprel 2013 / 15:06 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Eynulla Fətullayevin rəhbərlik etdiyi “İnsan Haqqları Uğrunda” İctimai Birliyinin sədr müavini Yusif Əliyev “Minval.az” saytının əməkdaşlarını hədələyib.

“Minval.az” saytının məlumatına görə, aprelin 28-də saytın analitik şöbəsinin müdiri Zəfər Quliyevə zəng edən Y. Əliyev  “Отверженный Эйнулла” məqaləsinə görə tanınmış politoloqu hədələyib. Y. Əliyev qeyd edib ki, “məni Bakıda hamı tanıyır, və mən hər zaman sözümü yerinə yetirmişəm və kimi demişəmsə onu cəzalandırmışam”.  Z. Quliyev məqaləni yazmadığını söylədikdə isə Y. Əliyev “lazım gələrsə bütün redaksiyanı yandıraram” deyərək hədələrini davam etdirib.

“Minval.az”-ın rəhbərliyi baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini açıqlayıb. Saytın yazdığına görə, onlar redaksiyanı və saytın əməkdaşlarını Y. Əliyevin ehtimal edilən xuliqanlıq hərəkətlərindən qorunmasını xahiş edəcəklər.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə