Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəranski haqda film çəkilir
Lənkəranski haqda film çəkilir
07 Aprel 2017 / 17:30 / Baxış sayı: 2026
Font1 Font2 Font3 Font4
Azərbaycanlı rejissor Rza Rzayev yeni film çəkir.
arxiv.bizimxeber.az xəbər verir ki, bu haqda azxeber.com-a rejissorun özü məlumat verib.
Onun dediyinə görə, “Sən ona oxşamayasan” adlı film tanınmış kriminal avtoritet Rövşən Lənkəranskiyə həsr edilib:
“Sən ona oxşamayasan” filmi Rövşən Lənkəranskiyə həsr olunacaq. Filmdə bir azərbaycanlı daha çox hansı halda cinayət törədir, onun xarakteri harada daha çox üzə çıxır, azərbaycanlı “cinayətkar” öləndə və ölümündən öncə anasına nələri söyləyir, ata və ana onun üçün hansı dəyərdir suallarına cavab tapılacaq. Həmişə öldürən insanın ölümünə heç kim inanmır. Onların ölümü əfsanələr yaradır. Biz də “əfsanə” çəkəcəyik, amma gerçək əfsanə!”.
Qeyd edək ki, R.Rzayev bundan öncə evini sataraq Qarabağ müharibəsi haqda “Geyilməmiş ayaqqabılar” filmini çəkmişdi.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə