Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Stokholmda TERAKT – Ölənlər var – VİDEO – FOTO – YENİLƏNİB
Stokholmda TERAKT – Ölənlər var – VİDEO – FOTO – YENİLƏNİB
07 Aprel 2017 / 18:10 / Baxış sayı: 1092
Font1 Font2 Font3 Font4

İsveçin baş naziri  Stefan Löfven bildirdi ki, baş vermiş hadisə teraktdır. Şahidlərin dediyinə görə, sürücü maşını dükana çırpmazdan əvvəl “Allahu-əkbər” deyirmiş.


17:57

İsveçin paytaxtı Stokholmun mərkəzində, Klarabergsgatan səmtindəki “Ahlens Mall” ticarət mərkəzinə girən yük maşınının potensial terrorçu tərəfindən idarə olunduğu istisna edilmir.

View image on Twitter

Milli.Az European-a istinadən bildirir ki, avtomobil Stokholmun əsas piyada-gəzinti küçəsi sayılan Drottninqatana çatanda yaşanıb. Küçədə çoxsaylı kafelər, dükanlar, restoranlar var.

“Sveriges Radio” olayda 3 nəfərin, “Aftonbladet” isə daha çox şəxsin həlak olduğunu xəbər verib. Yük maşınının sürücüsü “Geri çəkilin, qaçın, bu zarafat deyil!” bağırırmış.

View image on Twitter

İsveçin baş naziri Stefan Leven az sonra olayla bağlı jurnalistlərin suallarını cavablayacaq.

Stokholm polisinin fikrincə, olay terror aktıdır.

———-

17:30

İsveçin paytaxtı Stokholmda yük maşını insanların üzərinə sürülüb. Yük maşını bunun ardınca alış-veriş mərkəzinə çırpılıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, 3 adamın həyatını itirdiyi hadisədə İsveç polisi xeyli sayda yaralının olduğu məlumatını verib. Yaralılar xəstəxanalara daşınır.

İsveç mətbuatında yer alan məlumatlara görə, hadisə Drottninqatan prospektində baş verib. Drottninqatan Stokholmun turistik alış-veriş prospekti hesab edilir.

Hadisə şahidləri olay yerində yüzlərlə adamın olduğunu və hər kəsin qaçmağa çalışdığını söyləyib.

Polis ilkin ifadəsində hadisənin terror aktı olduğu ehtimal edilir.

 

Videonu izləmək üçün şəklə klikləyin:

В центре Стокгольма грузовик въехал в толпу, есть жертвы



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə