Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Google” məlumatları yoxlayan funksiya tətbiq etdi
“Google” məlumatları yoxlayan funksiya tətbiq etdi
07 Aprel 2017 / 22:45 / Baxış sayı: 364
Font1 Font2 Font3 Font4

“Google” korporasiyası bu gündən etibarən özünün axtarış və xəbər xidmətlərinə məlumatların yoxlanılması mexanizmi əlavə edir.

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, “Google” informasiyaların səhihliyini yoxlayan xüsusi resurslara, məsələn, “PolitiFact” və “Snopes”a daxil olmaq üçün istinadlar qoyur və ekranda həmin informasiyanın doğru olub-olmadığı görünür.

“The Verge” saytı yeni funksiyanın necə çalışdığına dair “skrinşot” da qoyub. Axtarışa daxil edilən sorğuda yazılıb: “27 milyon insan kölədir”. Axtarış cümləsinin altında isə qeyd olunub: “PolitiFact tərəfindən faktoloji səhvlərlə bağlı yoxlanıb: praktik olaraq doğrudur”. Bundan sonra sorğudakı məlumatı təsdiqləyən yazıya istinad göstərilir.

Lakin sayt qeyd edir ki, “Google”un funksiyası istifadəçilərin diqqətini faktları yoxlayan təşkilatlara cəlb edəcək və yalan xəbərlərin yayılmasını əngəlləyə bilməyəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə