Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Leyla Əliyeva İsmayıllıda – FOTO
Leyla Əliyeva İsmayıllıda – FOTO
07 Aprel 2017 / 22:29 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsinin həyata keçirilməsinə başlanılıb.

“Bizimxeber” Trend-ə istinadən xəbər verir ki, aprelin 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva İsmayıllı rayonunda meyvə ağaclarının əkilməsi üzrə pilot layihəsi çərçivəsində keçirilən ilk tədbirdə iştirak edib.

İsmayıllı rayonu İcra Hakimiyyəti tərəfindən ayrılmış 1.7 hektar torpaq sahəsində 340 ədəd meyvə ağacı əkilib. Salınan bu meyvə bağı İsmayıllı rayonunda yaşayan 3 aztəminatlı ailə arasında bölünüb və təmənnasız olaraq I qrup Qarabağ müharibəsi əlili Vüsal İsmayılov, II qrup Qarabağ müharibəsi əlili Rahim Əliyev, şəhid ailəsinin üzvü Nurəddin Qasımovun istifadəsinə verilib. Qeyd olunan ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və öz maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Gələcəkdə layihənin ölkəmizin digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə